Ehtiyacın olanı tap
Xidmətlərimiz
Hamısını görMəhsullarımız
Hamısını görServisə onlayn növbə tut
Təkər montajı, yağ dəyişimi, diaqnostika və daha çoxu. Vaxtını seç, növbədə gözləmə.
Endirim kuponu
Maşınına uyğun təklif
Marka və modelini qeyd et, xidmətlərimizlə bağlı endirim təklifini telefonla bildirək.
Tez-tez verilən suallar
Sifarişi necə verə bilərəm?
Məhsulu saytda səbətə əlavə edin və sifarişi tamamlayın. İstəsəniz *1213 qaynar xətti ilə telefonla da sifariş verə bilərsiniz.
Qeydiyyatsız sifariş verə bilərəmmi?
Bəli. Qeydiyyat məcburi deyil. Sifariş üçün ad, telefon və ünvan kifayətdir. Ödəniş tamamlandıqdan sonra telefon nömrənizlə hesabınız avtomatik yaradılır və sifarişlərinizi hesabınızdan izləyə bilirsiniz.
Stokda olmayan və ya tədarük olunan məhsulu sifariş edə bilərəmmi?
Bəli. Bəzi məhsullar tədarük yolu ilə təmin olunur. Belə məhsul üçün səbətdə və sifarişdə 'Tədarük olunur' qeydi göstərilir, təmin olunması təxminən 3-4 saat çəkə bilər. Sifarişi adi qaydada verə bilərsiniz.
Təkər montajı və balanslaşdırma xidmətiniz varmı?
Bəli. Servis mərkəzlərimizdə təkər montajı, balanslaşdırma, təkər hizalanması, yağ və maye dəyişimi, diaqnostika, əyləc və asqı işləri görülür. Xidmətə saytdan onlayn növbə tuta bilərsiniz.
Hansı ödəniş üsulları var?
Nağd (filialda və ya çatdırılma zamanı) və onlayn bank kartı ilə ödəniş mümkündür.
Çatdırılma necə həyata keçirilir?
Sifarişiniz təsdiqləndikdən sonra göstərdiyiniz ünvana çatdırılır. Dəqiq vaxt məhsulun mövcudluğundan və ünvandan asılıdır; operator sifariş təsdiqi zamanı vaxtı dəqiqləşdirir.
Məhsullara zəmanət verilirmi?
Bəli. Bütün məhsullar orijinaldır və istehsalçının müəyyən etdiyi zəmanətlə satılır. Zəmanət hüququ alış sənədi (qaimə və ya kassa çeki) əsasında qüvvədədir.
Məhsulu geri qaytara bilərəmmi?
İstifadə olunmamış, orijinal qablaşdırması və əmtəə görünüşü qorunmuş məhsulu alış tarixindən 14 gün ərzində qaytara və ya dəyişdirə bilərsiniz. Quraşdırılmış, istifadə olunmuş və ya fərdi sifariş məhsulları bu qaydaya daxil deyil.

